REGİONLAR


Ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb

Lənkəran, 10 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Əbədiyaşar şəxsiyyət” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı ömür yolu və çoxşaxəli fəaliyyətindən söz açıb. Bildirilib ki, böyük rəhbərin zəngin irsini öyrənmək və ondan Azərbaycanın daha da güclənməsi naminə istifadə etmək hər bir vətəndaşın mənəvi borcudur.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli 1993-cü ildə Azərbaycanın dağılmaq və məhv olmaq təhlükəsindən ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində xilas olduğunu söyləyib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev öz xilaskarlıq missiyası, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə siyasi və iqtisadi sabitliyə nail olunub, bütün sahələrdə böyük uğurlar qazanılıb.

Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.