ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru İlham Mədətov Ümummilli Liderin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən danışıb. Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

ATMU-nun xidmət mühəndisliyi fakültəsi dekanının müavini, YAP-ın universitet üzrə yerli təşkilatının sədri Anar Fərmayılov ümummilli lider Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını diqqətə çatdırıb. Bildirilib ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən danışan ATMU-nun dillər kafedrasının müdiri Kəmalə Kərimova müasir müstəqil Azərbaycanı Ulu Öndərin şah əsəri adlandırıb.

ATMU-nun tələbələrinin çıxışları ilə davam edən tədbirdə Ümummilli Liderə həsr olunan videoçarx göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.