Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyev ideyalarının Zəfəri

Ümummilli lider Heydər Əliyev ideyalarının Zəfəri

Bakı, 8 may, AZƏRTAC

Hadisələrə ən böyük dəyəri zaman özü verir. Bu il dövlət müstəqilliyimizin yenidən bərpa olunmasının 30 illiyi qeyd ediləcək. 30 il zaman baxımından qısa olsa da, uğurların zənginliyi baxımından sanki 100 ilə bərabər yol keçilib. Bu uğurların zirvəsində 30 ilin işğalına son qoyularaq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ədalətin bərpası dayanır. Təbii ki, bu uğurumuz da öz növbəsində Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünə, gənclərimizin vətənpərvərlik hisslərinin, torpaq sevgisinin böyüklüyünə, texnoloji proseslərin inkişafına əsaslanır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın bu günündən sabahına, müstəqilliyimizin ilk illərinə baxdıqca müstəqillik yolumuzun heç də hamar olmadığını görürük. Azərbaycanın XX əsrin əvvəllərində qazandığı müstəqilliyin ömrü obyektiv səbəblərdən qısa olsa da, bu, xalqımızın istəklərinə mane olmadı, əkəsinə, müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək, müstəqil dövlət kimi dünyaya özünü təqdim etmək arzuları daha da alovlandı və nəhayət, 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktının imzalanması ilə dövlət müstəqilliyimiz yenidən bərpa edildi. Bu, xalqımız üçün böyük sevinc, xoşbəxtlik idi.

1992-ci ilin noyabr ayının da gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdığı səbəbsiz qeyd edilmir. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Həmin dövrdə xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olaraq 91 nəfər ziyalının dahi şəxsiyyət Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətində dövrün reallıqları daha geniş şəkildə əksini tapmışdır. Belə çətin vəziyyətdə Azərbaycanı xilas edəcək yeganə şəxsin Heydər Əliyev olduğu bildirilirdi. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək, belə bir partiya yarandığı təqdirdə Azərbaycanın demokratik inkişafına böyük töhfə verə biləcəyini, bu partiya yaranarsa ona rəhbərlik etməyə hazır olduğunu bildirmişdir. Beləliklə, 1992-ci il noyabrın 21-i Azərbaycanın tarixinə çox mühüm hadisə kimi yazıldı. 1992-ci il noyabr ayının 21 –də təsis konfransını müxtəlif regionlardan olan 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası çox qısa zamanda milyonların partiyasına çevrildi. Hazırda sıralarında 760 mindən artıq üzvü birləşdirir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Artıq həm ölkəmizin, həm Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin əsası qoyuldu.

A.Vəliyev qeyd edib ki, əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev yolu Azərbaycanı bu bəlalardan xilas etdi. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin əsas rol oynadığını önə çəkən ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verdi. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Ulu Öndərin müəllifi olduğu neft strategiyasının uğurları göz önündədir. Azərbaycan enerji layihələrinin uğurlu icrası ilə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atıldı.

Deputat diqqətə çatdırıb ki, müharibə şəraitində yaşayan ölkə üçün diplomatik mübarizədə qələbə, eyni zamanda, ordu quruculuğu xüsusi rol oynayır. Azərbaycan diplomatiyası uzun illərdir erməni yalanlarının ifşası istiqamətində ciddi addımlar atır və müsbət nəticələr əldə edilib. Baxmayaraq ki, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır, bu sənədlər illərdir kağız üzərində saralır.

1993-2003-cü illəri tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazan Azərbaycan Heydər Əliyev yolunun işığında daha böyük uğurlara imza atır, zirvələri fəth edir. Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edilən Heydər Əliyev ideyaları yeni prioritetlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Əbəs yerə deyilmir ki, müasir müstəqil Azərbaycan dahi şəxsiyyət Heydər Əliyevin şah əsəridir. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır.

Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verərək, cənab İlham Əliyevi Prezident seçdi. Dövlətimizin başçısı andiçmə mərasimində bir daha bildirdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 17 ilin uğurları bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir. Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. “Şuşasız bizim işimiz yarımçıq olar” söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.

“Qısa təhlil Heydər Əliyev siyasətinin uğurlarının miqyasının nə qədər geniş olduğunu nümayiş etdirir. Azərbaycan daim möhkəm təməl üzərində qurulan binaya bənzədilir. Binanın mərtəbələrinin sayı artdıqca möhtəşəmliyi daha aydın görünür. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və son 17 ili Azərbaycanın çoxəsrlik tarixinə qələbələr ili kimi yazıb”, - deyə A.Vəliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır