ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyev müdrikliyi və cəsarəti ilə xalqımızın sevgisini qazanıb

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma tədbiri keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Ali məktəbin rektoru Səadət Əliyeva Ulu Öndərin vəfatının 14-cü ildönümü ilə əlaqədar müxtəlif ölkələrdə silsilə tədbirlərin keçirildiyini söyləyib, dünya azərbaycanlılarının görkəmli dövlət xadiminin xatirəsini hər zaman ehtiramla yad etdiklərini bildirib.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb, ölkəmizin taleyində ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət kimi yaddaşlarımızda əbədiləşib. Xalqımız özünün ən ağır məqamlarında Ulu Öndərin dövlətimizin maraqlarını qoruyacaq ən düzgün qərarlar verəcəyinə inanıb. Dahi rəhbərin zəngin həyat və fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri bizim üçün örnəkdir. Ulu Öndərin təməlini qoyduğu dövlətçilik məktəbi bu gün də yaşayır və yaşayacaq.

Diqqətə çatdırılıb ki, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində və iqtisadiyyatının güclənməsində əsas amil olan Ümummilli Liderin siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Rektor görkəmli dövlət xadimi Heydər Əliyevin gənclərə çox güvəndiyini söyləyib, Ulu Öndərin ölkəmizdə elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.

Tədbirdə professor Qabil Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov və magistrant Afiq Nadirov Ümummilli Liderin zəngin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarından danışıblar. Bildirilib ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dahi şəxsiyyət Heydər Əliyev əsl lider olub.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunan “Sən elə bir zirvəsən ki...” şeiri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.