Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyev siyasi xəttinin bəhrələri

Ordubad rayonunun Üstüpü kəndində geniş quruculuq işləri aparılıb

Ordubad, 21 noyabr, AZƏRTAC

1992-ci il noyabrın 21-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən 25 ildə ölkəmizdə əsas hərəkətverici siyasi təşkilata çevrilib. Partiyanın proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası Azərbaycanı və onun Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb. Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin muxtar respublikada əməli surətdə həyata keçirilməsi nəticəsində sosial-iqtisadi inkişaf təmin edilib, genişmiqyaslı quruculuq işlərinin əsası qoyulub, yaşayış məntəqələri yeni görkəm alıb, ən ucqar dağ kəndlərində belə müasir infrastruktur yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümündə Ordubad rayonunun Üstüpü kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Üstüpü kənd tam orta məktəbinin

yeni binasının açılışı olub

Noyabrın 21-də Üstüpü kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib.

Bildirilib ki, 340 yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 2-si elektron lövhəli olmaqla 16 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxana fondunda 1852-si dərslik və 3050-si bədii ədəbiyyat olmaqla 4900-dən çox kitab vardır. Kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Kompüter otağında isə 19 kompüter quraşdırılıb və internetə qoşulub. Məktəbdə hərbi dərslərin tədrisi üçün bütün imkanlar yaradılıb.

Məktəbdə tədrisin səviyyəsi ilə tanışlıq zamanı qeyd olundu ki, 2017-2018-ci tədris ilində Üstüpü kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub. Məktəbəqədər hazırlıq qrupunda isə 13 şagird vardır.

Məktəbəqədər hazırlıq qrupunun şagirdi, 5 yaşlı Bəkir Nəcəfli Ali Məclisin Sədrinə minnətdarlıq edərək dedi: “Hörmətli Sədr! Kəndimizə gəlişiniz biz uşaqları sevindirir. Çünki bizim üçün müasir məktəb binası istifadəyə verilir. Qürur duyuruq ki, gələcəkdə bu məktəbdə təhsil alacağıq. Söz veririk ki, müstəqil Azərbaycan üçün layiqli övladlar olacağıq. Yaşasın Müstəqil Azərbaycan!”

Elektron lövhəli sinifdə muxtar respublikanın 220 təhsil müəssisəsi ilə Heydər Əliyev Muzeyi arasında “Heydər Əliyev yeni Azərbaycanın qurucusudur” mövzusunda keçirilən distant dərs izlənilib.

Ali Məclisin Sədri müəllimlərlə görüşüb, onları yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün ölkəmizin həyatında əlamətdar gündür. Çünki Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü tamam olur. Eyni zamanda Üstüpü kəndinin həyatında da əlamətdar gündür. Aparılan geniş quruculuq işlərindən sonra kənddə məktəb binası, həkim ambulatoriyası, müasir yol, kənd və xidmət mərkəzləri istifadəyə verilir.

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Məktəb işi hər bir ölkə üçün ən vacib sahədir. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Yeni məktəb binalarının tikilməsi, müasir tədris şəraitinin yaradılması bu gün qarşıda duran əsas vəzifədir. Üstüpü kənd tam orta məktəbi üçün də müasir tədris şəraiti yaradılıb. Bütün bunlar imkan verəcəkdir ki, məktəbi bitirən gənclər ölkəmizdə və dünyanın qabaqcıl universitetlərində ali təhsillərini davam etdirə bilsinlər. Müasir tədris imkanlarına malik məktəb binalarının istifadəyə verilməsi, müəllim tələbkarlığı və şagird çalışqanlığı təhsildə uğur qazanmağın başlıca şərtləridir. Ötən tədris ilində Üstüpü kənd tam orta məktəbini bitirən məzunlardan 4-ü ali məktəblərə, 2-si orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi liseyə qəbul olunub. Bütün bunlar məktəbdə tədrisin düzgün təşkilinin nəticəsidir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətləri daha da artırmalı, məktəbdə gələcəyimizin təminatçıları olan əsl vətəndaşlar yetişdirilməlidir. Məktəbi bitirən hər bir gənc özünə həyat yolu seçməli, bir peşə öyrənməlidir. Peşə sahibi olan gənc həyatda uğur qazanmaqla yanaşı, həm də ölkəsi üçün yararlı vətəndaş olur.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb.

Məktəbin müəllimi Səmirə Əliyeva minnətdarlıq edərək deyib: Naxçıvanda təhsilə göstərilən diqqət bütün müəllimlər tərəfindən razılıqla qarşılanır. Bu tədris ilində Payız, Qarahəsənli, Ələkli və bu gün də Üstüpü kəndində müasir məktəb binasının istifadəyə verilməsi etibarlı gələcəyimizin təminatına hesablanıb. Həmçinin elektron lövhəli, kompüterlə təchiz olunan, ən müasir tədris şəraiti yaradılan məktəb binasının istifadəyə verilməsi kollektivdə bayram sevinci yaradıb. Müəllimlər bu qayğının müqabilində daha səylə çalışacaq, milli köklərə bağlı, geniş dünyagörüşlü, savadlı və vətənpərvər gənclərin yetişdirilməsində bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Məzrə kəndindən olan uşaqların məktəbə rahat gəlişini təmin etmək üçün məktəbə yeni xidməti avtomobil təqdim olunub.

Məktəb binasının həyətində açıq idman qurğuları istifadəyə verilib, yaşıllıqlar salınıb.

Üstüpü kənd həkim ambulatoriyası

istifadəyə verilib

Muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsi yaxşılaşdırılır. Müasir tibb ocaqlarının istifadəyə verilməsi, xüsusilə kəndlərdə tikilən həkim ambulatoriyaları insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına imkan verir. 

Noyabrın 21-də Üstüpü Kənd Həkim ambulatoriyasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb.

Məlumat verilib ki, ambulatoriyada 8 otaq - baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, mama, qeydiyyat otağı və aptek yerləşir. Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, mikroskop və digər tibbi avadanlıqlar qoyulub, fizioterapiya kabinəsi yaradılıb. Kabinədə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafin əritmə qazanı və “SOLYUKS” lampası vardır. Müasir tibbi avadanlıqlar səhiyyə xidmətinin nümunəvi təşkilinə imkan verəcəkdir.

Ali Məclisin Sədri kənddə tibbi xidmətin təşkili və insanların sağlamlığının qorunması sahəsində görülən işlərin əhəmiyyətini qeyd edib, ambulatoriyaların və feldşer-mama məntəqələrinin ixtisaslı kadrlarla təminatı, peyvəndlərin vaxtlı-vaxtında vurulması, hamilə qadınlara patronaj xidmətinin göstərilməsi, gigiyenik qaydalara əməl edilməsi və səhiyyə maarifi işinin təşkili ilə bağlı tapşırıqlar verib.

Üstüpü Kənd Mərkəzinin açılışı olub

Həmin gün Üstüpüdə yeni kənd mərkəzinin də açılışı olub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 3 mərtəbəli kənd mərkəzində dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılıb, iş otaqları istifadəyə verilib. Binada rabitə evi, polis sahə məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, statistika otağı və 74 yerlik zal yerləşir. Kitabxanada 7462 kitab vardır. Onlardan 1405-i latın, 6057-si isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Fond yeni nəşrlər hesabına daim zənginləşdirilir.

Yeni Azərbaycan Partiyası Üstüpü kənd ərazi ilk təşkilatının 158 üzvü vardır. Hazırda partiya üzvlərindən 39-u gənc, 67-si isə qadınlardır.

Rabitə evində quraşdırılan 384 yerlik ATS keyfiyyətli rabitə xidmətinin göstərilməsinə və sürətli internetdən istifadəyə imkan verir. Hazırda kənddə 317 telefon və 48 internet istifadəçisi vardır. Burada yeni poçt bölməsi də yaradılıb, dövri mətbuatın, internet və danışıq kartlarının satışı təşkil olunub, POS-terminal qoyulub, ödənişlərin qəbulu təmin edilib.

Üstüpü və Düylün kəndlərində yeni xidmət obyektləri

fəaliyyətə başlayıb

Üstüpü və Düylün kəndlərində əhalinin rahatlığının təmin olunması istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzləri də tikilib.

Məlumat verilib ki, xidmət mərkəzlərində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yerləşir. Yeni mərkəzlərdə 10 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri xidmət mərkəzlərində ailə təsərrüfatlarında istehsal olunan müxtəlif məhsulların satışına üstünlük verilməsini tapşırıb.

Xidmət mərkəzində işlə təmin olunan dərzi Mərdan Məmmədov sadə peşə adamları üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu istifadəyə verilib

Muxtar respublikanın dağ kəndlərində müasir yol infrastrukturunun yaradılması yaşayış məntəqələrinin inkişafına mühüm töhfədir. İnsanların və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin olunması həm də kəndlərin turizm potensialını xeyli artırıb. 

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq noyabrın 21-də Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib, görülən tikinti işləri ilə maraqlanıb.

Bildirilib ki, yenidən qurulan yolun uzunluğu 20 kilometrdir. Yol genişləndirilərək asfalt örtük salınıb. Yolun üzərində 217 su keçidi qoyulub, 701 metr istinad divarı tikilib, 8 körpü əsaslı təmir edilib, 1300 metr qoruyucu çəpər, 3512 metr beton kanal çəkilib. Bundan başqa Üstüpü kəndində 3500 metr yol hamarlanaraq qum-çınqıl qatı verilib, 2 su keçidi qoyulub, 267 metr sahilbərkitmə işləri aparılıb. Yolboyu yol-hərəkət nişanları quraşdırılıb, kəndlərdə piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb.

Yolda görülən işlərlə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşüb.

Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi və Üstüpünün abad kəndlərin sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər bütün yaşayış məntəqələrinin, eləcə də kəndlərin simasını dəyişir, insanların yaşayış səviyyəsini yaxşılaşdırır. Hər bir yaşayış məntəqəsinin abadlaşması ümumilikdə ölkəmizin inkişafı deməkdir. Bütün bu tədbirlər ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin bəhrələridir. Bu gün Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 25-ci ildönümüdür. Ötən dövrdə Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafını təmin etmişdir. Üstüpü kəndində görülən quruculuq işləri, istifadəyə verilən yeni sosial obyektlər də bu inkişafın bir kəndin timsalında göstəricisidir.

Ali Məclisin Sədri deyib: Bu gün Üstüpü kəndi tamamilə müasirləşmişdir. Kənddə müasir tədrisin tələblərinə uyğun məktəb binası, dövlət qurumlarının səmərəli fəaliyyəti üçün kənd mərkəzi, insanların tələbatını ödəyəcək həkim ambulatoriyası, xidmət mərkəzi qurulub, kənd sürətli internetlə təmin edilib. 20 kilometrlik Üstüpü kənd avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezidentin Ehtiyat Fondundan ayrılmış 6,1 milyon manat vəsaitin hesabına çəkilib.

Ali Məclisin Sədri kənddə tikinti işlərinin keyfiyyətlə aparıldığını bildirib, bu münasibətlə muxtar respublikada tikinti sahəsində çalışanlara təşəkkür edib.

Qeyd olunub ki, kənddə yaradılan bu şərait insanların rahat yaşayışına xidmət edir. Vaxtilə kəndin yol problemləri vardı. İnsanlar mərkəzlə əlaqə saxlamaqda çətinliklər çəkirdi. Uşaqlar lazımi şəraiti olmayan məktəbdə təhsil alırdı. Xidmət sahələri səmərəli fəaliyyət göstərmirdi. Lakin bu gün qeyd olunan problemlərin hər biri həll olunub, kənddə yeni xidmət sahələri yaradılıb, iş yerləri açılıb. Sakinlər də yaradılan bu şəraitdən səmərəli istifadə edərək ölkəmizin inkişafına töhfə verməli, torpaqlar əkilməli, tikilənlər-qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri ölkəmizin siyasi və ictimai həyatında mühüm yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25-ci ildönümü və kənddə aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edib.

Kənd ağsaqqalı Məhəmməd Əsədov çıxış edərək deyib: Bu il aparılan quruculuq işləri Üstüpü kəndinə yenilik və inkişaf bəxş edib. Kəndə yol çəkilib, məktəb binası tikilib, sakinlərin rahat yaşaması üçün bütün tədbirlər görülüb. Üstüpü bu gün qəsəbəyə çevrilib. Kəndin siması kökündən dəyişilib. Sakinlər bu işlərlə fəxr edir. Məhəmməd Əsədov bütün kənd sakinləri adından minnətdarlıq edib.

Üstüpü kəndinin yetirməsi, ziyalı Yusif Babanlı minnətdarlıq edərək deyib: Üstüpü kəndində yeni sosial obyektlərin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümündə istifadəyə verilməsi kəndin həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafını təmin edib. Bu gün ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanın nail olduğu inkişafın ən bariz nümunəsi müasir Naxçıvandır. Fəxr edirik ki, muxtar respublikada aparılan geniş quruculuq işləri, əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlər Üstüpü kəndini də əhatə edib.

Ali Məclisin Sədri kənd sakinləri ilə xatirə şəkli çəkdirib.

X X X

Üstüpü kəndində abadlıq işləri də görülüb, 1200 metr fiber-optik kabel, 2700 metr rabitə, 1770 metr elektrik və 550 metrlik qaz xətti çəkilib, 9350 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Həmçinin kənddə əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə 2000 metr müxtəlif diametrli içməli su xətti də çəkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək