REGİONLAR


“Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs təşkil olunub

Naxçıvan, 8 dekabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində hamiliklə bağlı Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Ümummilli lider Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin şöbə müdiri Gülbuta Babayeva və Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev mövzu ilə bağlı çıxış ediblər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı əsasında yaradılan muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Heydər Əliyev Muzeyi Azərbaycanda Ümummilli Liderimizin sağlığında – 1999-cu ildə yaradılan ilk muzeydir. Muzeyin ilk ziyarətçisi də ulu öndər Heydər Əliyev olub, dahi şəxsiyyət muzeyin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Vurğulanıb ki, qədim Naxçıvan yüzillərboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da, bu mənada, taleyin hökmü idi. Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib.

Bildirilib ki, bu gün ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının inkişafı, tərəqqisi, əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı dünən və bu gün olduğu kimi, gələcəkdə də daha xoşbəxt günlərə qovuşduracaqdır.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.