Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ümummilli lider Heydər Əliyev zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradıb VİDEO

Siyasi Sənədlər Arxivində “İki əsrin şahidi, iki əsrin lideri” adlı tədbir keçirilib

Bakı, 11 dekabr, АZƏRTAC

Dekabrın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İki əsrin şahidi, iki əsrin lideri” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirinin iştirakçıları əvvəlcə qurumun foyesində Ulu Öndərin ömür yolunu əks etdirən sərgi ilə tanış olub, büstü önünə gül dəstələri düzüblər.

Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun şəxsiyyətinin böyüklüyündən danışıb. Qeyd edib ki, Heydər Əliyev ilk əmək fəaliyyətinə 18 yaşında ikən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının arxivində başlayıb. Üç il sonra, 1944-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işə başlayıb, öz biliyi, bacarığı və əzmkarlığı ilə sıravi işçidən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəlib. Təhlükəsizlik orqanlarında 25 il çalışdıqdan sonra Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin edilib. O dövrdən etibarən Azərbaycan dövlətinin, Azərbaycan xalqının həyatının bütün sahələrində yüksəliş, inkişaf və tərəqqi mərhələsi başlanıb. Həmin gün Azərbaycanın inkişafında dönüş nöqtəsi hesab olunur. Bu dahi siyasət xadimi zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradıb. 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm islahatlar aparılıb, yeni sənaye sahələri yaradılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnib.

Ulu Öndər bilirdi ki, iqtisadiyyatı güclü olan dövlət çox şeyə qadirdir. Bu baxımdan, 1970-ci illərin əvvəllərindən etibarən Azərbaycan sənayesinin inkişafında yeni bir mərhələ başlandı. Neft sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması ilə bağlı kompleks tədbirlərin icrasına start verildi. Neft maşınqayırma sənayesində də ciddi dəyişikliklər baş verdi, yeni istehsal sahələri işə salındı. Heydər Əliyevin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlər milli dövlətçilik baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, həmin illərdə onun yürütdüyü uzaqgörən kadr siyasəti bugünkü müstəqil Azərbaycanın kadr potensialının yüksək olmasına, güclü milli kadrların yetişməsinə xidmət edirdi. Ulu Öndər yüksək idarəetmə postlarına azərbaycanlıları çəkməklə milliləşdirmə siyasətini yürüdür, elə hakimiyyətinin ilk dövründən Moskvanın təzyiqlərinə baxmayaraq, milli kadrlara üstünlük verirdi.

Qeyd edilib ki, Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi sayəsində əldə etdiyi uğurlar, Azərbaycanın tez bir zamanda ölkənin qabaqcıl respublikasına çevrilməsi, əlbəttə ki, sovet rəhbərliyinin diqqətini cəlb etdi. Nəticədə, 1982-ci ilin dekabrında Heydər Əliyev 300 milyona yaxın əhalisi olan bir ölkənin ali siyasi və dövlət rəhbərliyinə - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, 1982-1987-ci illərdə də öz zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadı ilə tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinə - SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, Ümumittifaq Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi və digər nazirliklərə nəzarəti layiqincə yerinə yetirirdi.

Bildirilib ki, Heydər Əliyevin ölkəmizə 1993-2003-cü illərdə rəhbərliyi dövründə müstəqil dövlətimizin tərəqqisi üçün çox böyük, taleyüklü işlər həyata keçirildi. 1994-cü ildə atəşkəs əldə edilərək Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Elə həmin il sentyabrın 20-də Azərbaycanın gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının təmin edilməsinə mühüm töhfələr verən, təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan “Əsrin müqaviləsi” imzalandı. 1996-cı ildə Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi – “Şahdəniz” müqaviləsi imzalandı. Həmin il Azərbaycan daha bir uğura imza atdı – ATƏT-in Lissabon sammitində münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayan qərar qəbul edildi, Qarabağ münaqişəsinin nizamlanmasının beynəlxalq-hüquqi prinsipləri müəyyənləşdirildi.

Sonra Siyasi Sənədlər Arxivinin aparıcı məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva, uzun illər Ulu Öndərlə çiyin-çiyinə çalışmış görkəmli tarixçi alim, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatı Fəzail İbrahimli və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ümummilli Liderin həyat yolundan danışıblar. Bildirilib ki, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycan xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanmadan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub.

Diqqətə çatdırılıb ki, daim tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirən ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafı yolunda yorulmadan fəaliyyət göstərib. İllər keçdikcə Heydər Əliyevin böyüklüyü, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlər daha dərindən dərk olunur. Memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində sürətlə inkişaf edir.

Ümummilli lider Heydər Əliyev zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər