ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı başlanıb

Bakı, 3 noyabr, AZƏRTAC

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın açılış mərasimi olub.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

Müasir dünyada təhsilin mühüm rolundan danışan direktor ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət göstərildiyini bildirib. Məktəblilərarası Fibonacci intellektual yarışı barədə fikirlərini bölüşən G.Orucova şagirdlərin bilik və düşünmə bacarıqlarının, məntiqi təfəkkürlərinin inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edilib ki, intellektual yarışa Bakının 20 məktəbi qatılıb.

Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmirullayev ölkəmizdə təhsilin inkişafı istiqamətində səmərəli tədbirlərin həyata keçirildiyini söyləyib.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov elmimizin, təhsilimizin inkişaf mərhələlərindən bəhs edib, təhsilə müasir yanaşma ilə bağlı fikirlərini bildirib, məktəblilərə tövsiyələrini verib.

Tanınmış aktyor Bəhram Bağırzadə respublikamızda təhsil üçün geniş imkanlar yaradıldığını deyib, intellektual yarışın iştirakçılarına uğurlar arzulayıb.

Sonra intellektual yarışın ilk oyunu keçirilib.

Qeyd edək ki, müvafiq layihə üzrə 8 oyunun, yarımfinal və final oyunlarının keçirilməsi nəzərdə tutulub. 2019-cu ilin martında başa çatacaq intellektual yarışın qalib komandaları mükafatlandırılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.