İDMAN


Ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş mini-futbol turnirinə yekun vurulub

Bakı, 25 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş həsr olunmuş mini-futbol çempionatı başa çatıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 14-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 34 komandası iştirak edirdi. İyunun 25-də keçirilən final görüşündə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Azərlotereya” ASC-nin komandaları qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Azərlotereya” ASC-nin komandası qalib gəlib. Üçüncü yerin sahibi isə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı komandasıdır. Çempionatda ilk 3 yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara Fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.