ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyevin adı Azərbaycan xalqının qürur mənbəyinə çevrilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsi direktorunun müavini Eldar Novruzov Azərbaycanın qədim dövlətçilik tarixində ümummilli lider Heydər Əliyevin özünəməxsus yer tutduğunu söyləyib.
Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə elm, təhsil, iqtisadi və aqrar sahələrə göstərdiyi diqqət və qayğıdan danışan E.Novruzov dahi rəhbərin hələ keçmiş sovet dövründə azərbaycanlı kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev siyası fəaliyyəti dövründə xalqın, dövlətin, cəmiyyətin və vətəndaşın mənafeyinə xidmət edib, Azərbaycanın bütövlüyü uğrunda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün fədakarlıqla çalışıb. Ulu Öndər müstəqilliyinin ilk illərində parçalanma təhlükəsi qarşısında qalan Azərbaycanı xilas edərək ölkəmizi dinamik inkişaf yoluna çıxarıb. Görkəmli dövlət xadiminin adı bu gün Azərbaycan xalqının qürur mənbəyinə çevrilib.
Çıxış edənlər dahi rəhbərin Azərbaycanın tarixindəki rolundan, ölkəmizdə bütün sahələrin inkişafında məqsədyönlü siyasətindən danışıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.