CƏMİYYƏT


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bilik yarışı keçirilib

Bakı, 8 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunda Xəzər rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında “Axtar tap” intellektual oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Respublikamızda dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirən T.Məmmədov gənclərin məşğulluğunun təmin edilməsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğinin diqqət mərkəzində olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından söz açıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran alim Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev ulu öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, müdrik və qətiyyətli siyasət nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən söz açıb. O, intellektual oyunların təşkilinin istedadlı gənclərin bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün stimul verir.

Maraqlı rəqabət mühitində keçirilən yarışda 234 nömrəli tam orta məktəbin komandası fəxri kürsünün ilk pilləsində qərarlaşıb. İkinci yerə 230, üçüncü yerə isə 136 nömrəli tam orta məktəblərin komandaları layiq görülüblər.

Qalib komandalar təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.