REGİONLAR


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib

Astara, 10 may, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Astara rayonunda silsilə tədbirlər keçirilib. Rayonun idarə müəssisə və təşkilatlarında mədəniyyət müəssisələrində, ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə böyük rəhbərin xatirəsi məhəbbətlə anılıb, onun Vətən və xalq qarşısında əvəzolunmaz xidmətləri yüksək dəyərləndirilib.

Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar rayonda keçirilən ümumrayon iməciliyi və ağacəkmə aksiyasına mütəşəkkilliklə, böyük həvəslə qatılan rayon ictimaiyyətinin nümayəndələri, əslində, Ulu Öndərə sonsuz məhəbbətlərini ifadə ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 10-da rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların və ictimaiyyətin təmsilçiləri ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.