İDMAN


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turniri keçiriləcək

Bakı, 9 may, AZƏRTAC

Bu gün 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin (RİOEUGİŞM) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turnirinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Saat 21:00-da baş tutacaq turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edəcəklər.

Yarışda ümumi hesabda ilk 3 yeri tutan oğlan və qızlar, həmçinin ayrı-ayrı yaş qruplarında fərqlənən şahmatçılar 3 nömrəli RİOEUGİŞM tərəfindən medal və müvafiq diplomla təltif olunacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.