SİYASƏT


Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

General-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.

Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər də nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.