SİYASƏT
Ümummilli lider Heydər Əliyevin doğum günü Neftçalada təntənə ilə qeyd olunmuşdur
Neftçala, 10 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi Neftçalada təntənə ilə qeyd olunmuşdur.
Ulu Öndərin adını daşıyan parka gələn rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Ulu Öndərin doğum günü ilə əlaqədar rayonda kitab bayramı da keçirilmişdir. Burada təqdim olunan Heydər Əliyev çoxcildliyi, Ulu Öndərə və Azərbaycan Prezidentinin fəaliyyətinə həsr olunmuş kitablar, eləcə də dünya klassiklərinin əsərləri maraqla qarşılanmışdır.
Bayram tədbiri rayondakı Hüseyn Cavid adına parkda davam etdirilmişdir.
Rəngarəng konsert proqramı bayram əhval-ruhiyyəsini daha da artırmışdır.
Bayram şənliyi gecə saatlarınadək davam etmişdir.