Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub

Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-u müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək fəxr hissi ilə qeyd olunaraq əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq sonsuz ehtiramlarını bildiriblər. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzülüb.

Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz və işıqlı xatirəsi yad edilib.

Heydər Əliyev muzeyində keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünün Böyük Qələbəmizin doğurduğu sevinc hissi ilə geniş qeyd edildiyini vurğulayıb, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan Ulu Öndərin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib. Bildirilib ki, zaman keçdikcə dahi Heydər Əliyevin dövlət, millət qarşısında xidmətləri daha aydın görünür, həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın. Ulu Öndər ölkəmizin an ağır günlərində hakimiyyətə qayıdaraq xalqımızı qısa müddətdə bəlalardan, təlatümlərdən qurtarıb, əmin-amanlığı, sabitliyi, qanunçuluğu bərqərar edib. Demokratik hüquqi dövlət quruculuğu yolunu seçən Ümummilli Lider dövlətçiliyin möhkəm təməlini qoyub.

Bu gün qlobal pandemiyaya, habelə müharibədən təzə çıxmağına baxmayaraq, ölkəmiz Heydər Əliyev irsinin davamçısı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində uğurla inkişaf edir, ən parlaq dövrünü yaşayır.

Ulu Öndərin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın, Şuşanın iqtisadi, sosial, mədəni cəhətdən inkişafına böyük diqqətini, bu bölgəyə səfərlərini xatırladan nazir Qarabağda erməni separatizminin qarşısının alınmasında mühüm xidmətlərini, torpaqlarımızın işğalı ilə heç zaman barışmayaraq ərazi bütövlüyümüzün təmin olunması istiqamətində yorulmaz fəaliyyətini qeyd edib. Ulu Öndər çıxışlarında hər zaman əminliklə deyirdi ki, torpaqlarımız işğaldan azad olunacaq və xalqımız öz dədə-baba yurdlarına qayıdacaq.

Nazir Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızın azad olunması ilə ata vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı ərazilərimizin bərpasına müstəsna əhəmiyyət verərək Qarabağ və Şərqi Zəngəzurda öz gücümüz hesabına, heç kəsdən yardım almadan nəhəng quruculuq işləri aparılır, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tarixi, dini və mədəni abidələrimizin bərpası ilə bağlı mühüm layihələr reallaşdırılır.

Ulu Öndər tərəfindən Qarabağ torpağında – Şuşada təməlini qoyduğu Vaqif Poeziya Günləri, Xarıbülbül festivalı kimi ənənələrin yenidən bərpa olunduğunu söyləyən nazir F.Məmmədov ötən ay Şuşada keçirilmiş soydaşlarımızı bir araya gətirən Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının mühüm əhəmiyyətinə diqqət çəkərək bildirib ki, Ulu Öndər Naxçıvana rəhbərliyi dövründə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü müəyyən edib, təşəbbüskarlığı ilə 2001-ci ildə ilk qurultay keçirilib.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bundan sonra da möhtəşəm qələbələrin şahid olacağına əminliyini ifadə edib.

Çıxış edən ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamızın, o cümlədən Qarabağın hərtərəfli inkişafının təmin olunmasında, milli maraqlarımızın qorunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında xidmətlərindən bəhs ediblər. Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm addımların atıldığını bildirib, torpaqlarımızın işğaldan azad olunmasından yüksək qürur duyduqlarını vurğulayıblar.

Nazirliyin gənc əməkdaşı çıxış edərək Azərbaycan gəncliyinin hərtərəfli inkişafının, dövlət gənclər siyasətinin formalaşmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib, gənclərə daim qayğı ilə yanaşan Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər həyata keçirildiyini, Azərbaycan Gənclərinin I Forumunu və Ümummilli Liderin Sərəncamı ilə Gənclər Gününün təsis olunduğunu bildirib.

Bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər ruhlu yeni nəsil formalaşdığını, könüllülük hərəkatının geniş vüsət aldığı qeyd edilib, ədliyyə işçilərinin Ulu Öndərin dövlətçiliyə sədaqət və vətənpərvərlik kimi yüksək amallarına daim sadiq qalaraq, Vətənimizin hərtərəfli tərəqqisi naminə Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olduqları vurğulanıb.

Tədbirdə dahi rəhbərin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağı qeyd olunub.

Ulu Öndərin doğum günü münasibətilə ədliyyə orqanlarında silsilə tədbirlər keçirilib, o cümlədən növbəti müsabiqədə uğur qazanmış namizədlər qulluğa qəbul olunub, ədliyyə işçiləri tərəfindən Milli Məclisin Regional məsələlər komitəsi və Bələdiyyələrin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilmiş “Tarix yazan imza” mövzusunda videoformatda konfransda çıxışlar edilib.

Gənc ədliyyə işçiləri və könüllüləri ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Ədliyyəsi” mövzusunda Ədliyyə Akademiyasında yığıncaq keçirilib, nazirlikdə Ulu Öndərin adını daşıyan muzeylə tanışlıq olub.

Dahi şəxsiyyətin xalqımız qarşısında misilsiz xidmətləri ilə bağlı nazirliyin təlim və tədris müəssisələrində xüsusi mövzular tədris olunub, idman yarışı keçirilib, kinozalda filmlər, eləcə də foto və video slaydlar izlənilib, mətbuatda çıxışlar edilib, sosial şəbəkə səhifələrində materiallar paylaşılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib