ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti müstəqil dövlətçiliyimizin əsasını təşkil edir

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilmiş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru professor Mustafa Babanlı ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolundan, yorulmaz fəaliyyətindən danışıb. Ulu Öndərin Azərbaycan üçün misilsiz xidmətlər göstərdiyini deyən rektor ölkəmizin məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində isə bu müstəqilliyi qoruyub saxlamağı və daha da gücləndirməyi bacardığını deyib.

ADNSU nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru dosent Vazeh Əsgərov “Azərbaycançılıq ideologiyası və Heydər Əliyev məfkurəsi” mövzusunda çıxış edib. O, görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasəti istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib.

Humanitar fənlər kafedrasının müdiri professor Camal Mustafayev Ulu Öndərin uzaqgörən siyasətindən, zəngin dövlətçilik irsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb və Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun, bütün sahələrdə davamlı inkişafın, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edib.

Ümummilli Liderin gənclər siyasətindən danışan ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev Ulu Öndərin elm və təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlardan söz açıb və onun əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim uca tutulduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.