SİYASƏT
Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram
Bakı, 21 sentyabr, AZƏRTAC
Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də belaruslu qonaqlar Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.