ELM VƏ TƏHSİL


Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar viktorina keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 10-da Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar viktorina keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın zəngin tarixinin öyrənilməsi və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intellektual yarışda məktəbin şagirdlərindən ibarət “Atabəylər”, “Şirvanşahlar” və “Səfəvilər” komandaları iştirak edəcək. Viktorinanın sualları muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov tərəfindən orta məktəblərin Azərbaycan tarixi fənninin proqramına uyğun olaraq hazırlanıb. İştirakçılara təqdim olunan suallar monitorda slayd vasitəsilə təqdim olunacaq, “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr”, “Ulu Öndər və Azərbaycan” mövzularını əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.