ELM VƏ TƏHSİL
Ümummilli lider Heydər Əliyevin vətən, xalq qarşısındakı xidmətləri əvəzolunmazdır
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev ümummilli lider Heydər Əliyevin həyatından, Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışıb. Akademik qeyd edib ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Sonra akademik Ulu Öndərin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb.
Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunu və dövlətçilik strategiyasını Prezident İlham Əliyev bu gün böyük uğurla davam etdirir.
Sonra AMEA-nın müxbir üzvi Əli Nuriyev və başqaları Ümummilli Liderin hakimiyyəti dövründə qazanılan uğurlardan danışıblar.