İDMAN


Ümummilli lider Heydər Əliyevin xatirəsinə şahmat turnirinin qalibləri müəyyənləşib

Bakı, 10 dekabr, AZƏRTAC

İdea Təhsil Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə oğlanlar və qızlar arasında şahmat turniri keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 51 şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.

Oğlanlar arasında Orxan Nenətzadə bütün rəqiblərini qabaqlayaraq birinci olub. Tofiq Mənsimov yarışı ikinci, Polad İsmayılov isə üçüncü pillədə başa vurublar.

Qızların mübarizəsində Aylin Nurməmmədli, Aydan Muxtarzadə və Fəridə Rəhimova ilk üçlükdə yer alıblar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, İdea Tədris Mərkəzinin direktoru Fidan Talıbova və 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Cəmil Fətullayev qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Yarışda ilk üç yeri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.