CƏMİYYƏT


Ümumölkə yerüstü televiziya yayımçısı üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılacaq

Bakı, 4 mart, AZƏRTAC

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, qanun layihələri Milli Məclisin martın 4-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Hər qanun layihəsi “Media haqqında” Qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb. Yeni qəbul edilən “Media haqqında” Qanunda teleradio yayımı subyektlərinin təsnifatı dəyişdirilib. Təklif olunan dəyişikliklər yeni qəbul olunan audiovizual media subyektlərinin təsnifatına uyğunlaşdırmanı nəzərdə tutub.

Siyahıdakı “Bakı şəhəri üzrə televiziya yayımı” fəaliyyət növünün ləğv edilərək, yeni qanuna müvafiq olaraq təsnifatda “ümumölkə yerüstü televiziya yayımçısı” və “regional yerüstü televiziya yayımçısı” fəaliyyət növləri təsbit edilib. Ümumölkə yerüstü televiziya yayımçısı üçün dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 min manatdan 5 min manata qədər endirilib. Bu da dövlətin media sahəsinə növbəti dəstəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.