SİYASƏT
Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
Moskva, 16 iyun, AZƏRTAC
Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin təşkilatın ləğv edilməsi haqqında qərarından apellyasiya şikayəti verib. Bu barədə məlumat ÜAK-ın rəsmi saytında yerləşdirilib.
Məlumata görə, ÜAK iyunun 15-də Rusiya Ali Məhkəməsinin təşkilatın qeydiyyatının ləğv edilməsi barədə qərarı ilə bağlı Ali Məhkəmənin Apellyasiya Kollegiyasına apellyasiya şikayəti verib.
Xatırladaq ki, Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin təqdimatı ilə 2017-ci il mayın 15-də ÜAK-ın qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul etmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.04.2024 [17:26]
İstanbul valisi: Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədədir
- 25.03.2024 [14:40]