CƏMİYYƏT


Ümumşəhər sanitar günündə Bakıda 550 küçə dezinfeksiya edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə dekabrın 4-də paytaxtda ümumşəhər sanitar günü keçirilib.

AZƏRTAC xəbər verir ki, keçirilən sanitar tədbirlərdə kommunal xidmətlərin xüsusi texnikaları, qurumların əməkdaşları ilə yanaşı, paytaxt sakinləri və özəl sektor nümayəndələri də yaxından iştirak ediblər. Gün ərzində həyata keçirilən işlər zamanı 550 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini əmin edir ki, qalib ölkənin vətəndaşları olaraq Yeni ili təmiz şəhərlə qarşılayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.