ELM VƏ TƏHSİL


Ümumtəhsil məktəblərində payız tətili noyabrın 16-dan 20-dək müəyyənləşdirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Ümumtəhsil məktəblərində payız tətili noyabrın 16-dan 20-dək müəyyənləşdirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində beş gün payız tətili (noyabrın 16-dan 20-dək) müəyyənləşdirilib. Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir.

2017-2018-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü noyabrın 21-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.