REGİONLAR


Ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri aparılır

Ağsu, 20 iyul, AZƏRTAC

Ağsu rayonunda yeni dərs ilinə hazırlıqla əlaqədar ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayon təhsil şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qarşıdakı dərs ilində 69 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 16 ümumi orta, 18 ibtidai məktəb, 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərəcək.

Hazırda bir sıra məktəblərdə tikinti, əsaslı və cari təmir işləri aparılır. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Aratkənd tam orta məktəbi üçün birtipli layihə əsasında ikimərtəbəli, 180 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Yeni tədris ocağı qarşıdakı dərs ilində istifadəyə veriləcək. Habelə Ağsu şəhər 4 nömrəli tam orta məktəbin binasında aparılan əsaslı təmir işləri yaxın vaxtlarda başa çatdırılacaq. Qiyaslı kənd ümumi orta məktəbin binasında da cari təmir işləri aparılır.

Rayonun bir sıra ümumtəhsil məktəblərində, o cümlədən Ərəbuşağı, Nuran, Kəndoba tam orta, Ağsu şəhər P.Mirzəyev adına 5 nömrəli tam orta məktəbləri üçün müasir fərdi qazanxana – kombi quraşdırılır.

Təhsil ocaqlarının yeni inventar və avadanlıqlarla, müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi istiqamətində də tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.