Ümumtəhsil müəssisələrində Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə silsilə tədbirlər keçirilib
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Beynəlxalq Bitki Sağlamlığı Günü münasibətilə Qida Təhlükəsizliyi Agentliyi, UNICEF və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin növbəti tədbiri keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələrində keçirilən tədbirdə həmin layihəni uğurla başa vuraraq, qida bələdçiləri təyin olunan mütəxəssislər tərəfindən məktəblilərə Beynəlxalq Bitki Sağlamlığı Gününün mahiyyəti, bitki sağlamlığı və mühafizəsinin kainat üçün əhəmiyyəti haqda geniş məlumat verilib, şagirdlərə bitki mühitinin qorunması ilə bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təlimatları izah olunub.
Tədbirdə məktəblilərin sualları cavablandırılıb.


Xəbərin mətnində orfoqrafik səhv var