İDMAN


Unay Emeri: "Qarabağ" yaxşı oyun nümayiş etdirdi

Bakı, 5 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

“Bu gün səfərdə güclü rəqibə qarşı oynayırdıq. Birinci hissədə kifayət qədər çətinlik çəkdik. Meydan sahibləri yaxşı oyun nümayiş etdirdi, bizə çətinlik yaratdılar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Arsenal” klubunun baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ” ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Qarabağ”ın fərqli oyunlarını təhlil etmişdik. Əsasən də “Şerif” və “Sportinq”lə görüşlərinə baxmışdıq. Bu komanda ötən mövsüm Çempionlar Liqasında “Atletiko Madrid” kimi komanda ilə iki oyun heç-heçə edib. Biz də öz növbəmizdə rəqibin üstün cəhətlərini göstərməsinə imkan verməməyə çalışdıq” – deyə ispaniyalı mütəxəssis bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.