“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin premium bazar seqmentində olan, tədavül müddəti 18 təqvim ayı olan AZ2013002020 dövlət qeydiyyat nömrəli, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən 10 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 9 faiz, faiz ödənişləri 3 aydan bir olmaqla investorlara ödənilir. Sifarişlərin və istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 milyon manat təşkil edib. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Xəbərin mətnində orfoqrafik səhv var