İQTİSADİYYAT
“Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 4-də “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, adi, adlı, sənədsiz səhmlərin sayı 4 milyon 375 min ədəd, nominal dəyəri 2.72 manatdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, iyulun 21-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11 milyon 900 min manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]