“Unibank Kommersiya Bankı”nın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
AzerTAg.az

Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 27-də “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 20 min ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 9 faiz, tədavül müddəti 18 aydır. Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, yanvarın 14-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 20 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Xəbərin mətnində orfoqrafik səhv var