İQTİSADİYYAT


“Unibank” Salyanda filialını açmışdır

Bakı, 11 aprel (AZƏRTAC). “Unibank” müştərilərin rahatlığını təmin etmək istiqamətində işləri davam etdirir. Bu məqsədlə “Unibank”ın Salyanda Y.Qasımov 2 ünvanında yerləşən yeni filialı fəaliyyətə başlamışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, filialda müştərilərə Salyan və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətləri göstəriləcəkdir. Salyan filialı pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaqdır. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcəkdir. Bundan başqa fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətlər də göstəriləcəkdir. Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə “Unibank”ın filial şəbəkəsi 36-ya çatmışdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.