“Unibank” sahibkarlar üçün yeni biznes-filial açıb
AzerTAg.az
Bakı, 21 avqust (AZƏRTAC). “Unibank”ın Qara Qarayev metrostansiyasının yaxınlığı, A.Manafov küçəsi 19 ünvanında yeni biznes-filial fəaliyyətə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, biznes-filial yalnız kiçik və orta bizneslə məşğul olan müştərilərə xidmət edəcək.
“Unibank”ın korporativ bank xidmətləri departamentinin rəhbəri İqor Okayev qeyd edib ki, bank universal bankçılığa üstünlük verəcək. Bu, bankın səhmdarları tərəfindən təsdiqlənmiş strategiyada nəzərdə tutulub. Həmin məqsədlərə nail olmaq üçün kiçik və orta bizneslə sahibkarlar üçün ixtisaslaşdırılmış filialların sayı artacaq. Həmçinin biznes sahəsi riteyl-biznesindən ayrılaraq ayrıca sahə kimi fəaliyyət göstərəcək. Bankın bununla bağlı şüarı “Biznesinizə daimi dəstək” adlanır.
İ.Okayev diqqətə çatdırıb ki, bankın əsas hədəflərindən biri də sahibkarlara texniki dəstək - biznes müştərilərinin banka gəlmədən öz hesab və CRM-lərini idarəetməsinə imkan verən internet-bankinq sisteminin daha da təkmilləşdirməkdir.
Bundan başqa, bankın əsas məqsədlərindən biri də regionlarda fəaliyyəti genişləndirməkdir.
Xəbərin mətnində orfoqrafik səhv var