İQTİSADİYYAT
“Unibank”da internet ödənişləri indi daha təhlükəsiz və rahatdır
Bakı, 1 iyul (AZƏRTAC). Artıq “Unibank”ın Visa və Mastercard-ları ilə internet ödənişləri həm təhlükəsiz, həm də rahatdır. Yenilənmiş dinamik (dəyişkən kod) sistemi, 3D secure xidmətinə qoşulan kart sahiblərinin işini daha da asanlaşdıracaqdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, 3D secure xidməti müştərilərə plastik kartla internet vasitəsi ilə aparılan ödənişlərin təhlükəsizliyini təmin edəcəkdir. Bu layihə, kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir.
“Unibank”ın bütün Visa və MasterCard kartları ilə bu sistemə qoşulmaq mümkündür. İndi 3D secure sistemi daha da təkmilləşdirildi. Daha hər internet ödənişi zamanı daxil edilən kodu yadda saxlamaq lazım deyil, çünki Dinamik kod internet ödənişi zamanı bir neçə saniyə ərzində müştərinin bankda qeydiyyatda olan nömrəsinə göndərilir. Yeni müştərilər bankdan kart sifariş etdikdə bu xidmətə avtomatik olaraq qoşulacaqlar. Müştərilərə xidmətə qoşulma haqqında SMS göndəriləcəkdir.
Unibank-ın kredit kartları həm də avtomatik və pulsuz olaraq, SMS bankçılıq xidmətinə qoşulur. SMS bankçılıq internetə çıxışın olmadığı bir yerdə belə müştərinin bank hesablarından xəbərdar olmasına imkan verəcəkdir. “Unibank”ın SMS bankçılıq xidməti həftənin 7 günü, günün 24 saatı aktivdir. Müştərilər öz mobil nömrələrindən müvafiq xidmətin adını və kartının son 4 rəqəmini SMS-lə göndərərək, seçdiyi xidmətdən istifadə edə biləcəkdir.
Ətraflı məlumatı 117 nömrəsindən əldə etmək olar.