“Unibank”ın “Facebook” səhifəsi “Ən sosialyönümlü bank səhifəsi” nominasiyasının qalibi olmuşdur
AzerTAg.az
Bakı, 22 aprel (AZƏRTAC). “Unibank”ın “Facebook” səhifəsi Beynəlxalq “Socialbakers” Xidməti tərəfindən mart ayının nəticələrinə görə, “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olmuşdur.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Unibank”ın “Facebook” səhifəsi yeganə bank səhifəsidir ki, 2014-ci ildən hər ay “Socialbakers” tərəfindən dərc edilən ən sosialyönümlü səhifələrin top beşliyinə daxil edilir.
Beynəlxalq Xidmətin monitorinqi göstərir ki, “Unibank” “Facebook” səhifəsinin istifadəçiləri ilə kommunikasiyanı çox nümunəvi şəkildə qurmuş və maksimum 100 faiz reytinq qazanmışdır.
“Socialbakers” (http://www.socialbakers.com/ ) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.
Hazırda bankın “Facebook” səhifəsinin (https://www.facebook.com/unibank.az?fref=ts) istifadəçilərinin sayı 190 minə yaxınlaşır. Bu da banklar arasında tərəfdaşların sayına görə, ən böyük səhifədir. Hər gün minlərlə istifadəçi burada bankın məhsul və xidmətləri haqqında məlumat ala bilir.
Ətraflı məlumatı bankın www.facebook.com/unibank.az saytından almaq olar.
Xəbərin mətnində orfoqrafik səhv var