“Unibank”ın “Mastercard” kart sahibləri arasında pul köçürmələri daha asan və sürətli olacaq
AzerTAg.az
Bakı, 31 avqust (AZƏRTAC). “Unibank”ın “Mastercard” kart sahibləri arasında pul köçürmələri daha asan və sürətli olacaq.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Mastercard” kartından bu kartın sahibi olan digər müştərilər ilə ani köçürmə edə bilərlər. Çünki “Unibank”ın qoşulduğu moneysend xidməti, bu fərqli xidmətdən faydalanmaq imkanı verir.
“Unibank” kartı olan müştərilər “Mastercard moneysend” xidmətindən də istifadə edərək, bankın bankomatları vasitəsilə pul köçürə biləcəklər. Bu proses bir neçə saniyə çəkəcək. Bu köçürmə bankın “Mastercard”ları vasitəsilə mümkün olacaq.
“Unibank”ın “Mastercard” plastik kartı vasitəsilə bu əməliyyat Azərbaycan daxilində aparıldıqda, müştəridən 1 faiz (min.1 AZN/USD/EUR/GBP), Azərbaycandan xaricdəki plastik karta pul köçürüldükdə 1faiz (min. 2 AZN/USD/EUR/GBP) həcmində məbləğ tutulacaq.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud “Facebook” səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Xəbərin mətnində orfoqrafik səhv var