“Unibank”ın Xaçmazda yeni filialı istifadəyə verilib
AzerTAg.az
Bakı, 20 avqust (AZƏRTAC). “Unibank”ın Xaçmazda yeni filialı açılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsi, 19A ünvanında yerləşən yeni filial ətraf rayonların sakinlərinin də yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Filial pərakəndə, həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin verilməsi ilə məşğul olacaq.
Bundan başqa, filialda fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.
Yeni filialın açılışı ilə baş ofis də daxil olmaqla, “Unibank”ın filial şəbəkəsi 37-yə çatıb.
Xəbərin mətnində orfoqrafik səhv var