İQTİSADİYYAT
“Unibank”ın kredit kart sahibləri uduşlu lotereyanın qalibi olmuşlar
Bakı, 16 iyun (AZƏRTAC). “Unibank”ın kredit kart sahibləri müxtəlif pul uduşlu lotereyanın qalibi ola bilərlər.
Artıq bankın 183 müştərisi “Kredit kartınızla əməliyyat edin və qazanın” lotereyasının birinci tirajının qalibi olmuşlar.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, mayın 3-dən avqustun 31-dək davam edən, 54 min manat uduş fondlu və 4 tirajlı lotereya çərçivəsində ümumilikdə, bankın 732 müştərisi pul mükafatı qazanacaqdır.
Lotereyanın şərtlərinə əsasən, “Unibank”ın kredit kartı ilə Azərbaycanda və xarici ölkələrdə nağd və ya nağdsız əməliyyat edən müştəriləri lotereyanın iştirakçısı ola bilərlər. Hər tirajın nəticələrinə görə, 150 nəfər 50 manat, 30 qalib 100 manat, 3 nəfər isə 1000 manat pul mükafatına sahib olacaqdır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud “Facebook” səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]