ELM VƏ TƏHSİL


“Unity ilə oyun yaradılması” istiqaməti üzrə intensiv qısamüddətli təlimlər təşkil olunacaq

Bakı, 17 iyul, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Dynamic Box” şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə oyun yaradılması” istiqaməti (Game Development with Unity) üzrə intensiv qısamüddətli təlimlər təşkil edəcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 4 ay ərzində keçiriləcək təlimlərdə iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəyə veriləcəyi ana qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də videooyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

Təlimə daha öncədən kifayət qədər proqramlaşdırma biliyi olan şəxslər qəbul ediləcəklər. Seçim mərhələsində yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti olan şəxslərə üstünlük veriləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcək. Təlimə müraciətlər iyulun 31-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.