ELM VƏ TƏHSİL
Universitet tələbələrinin Əmlak Məsələləri Dövlət Komitəsində tədris təcrübələri başa çatıb
Bakı, 2 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin yer quruluşu və kadastr ixtisası üzrə təhsil alan tələbələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) tədris təcrübələri başa çatıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iyulun 19-dan avqustun 1-dək tələbələr təhsil aldıqları ixtisasa uyğun olaraq ƏMDK-da geodeziya ölçü alətləri ilə tanış olub, torpaq sənədləşdirilməsi ilə bağlı prosesləri mənimsəyiblər.
Xatırladaq ki, tələbələr həm də BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Bazasında çöl-tədris təcrübələrində olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [19:06]
Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans
- 29.03.2024 [18:55]
BDU Elmi şurasının növbəti iclası
- 29.03.2024 [18:14]