MƏDƏNİYYƏT


“Unudulmayanlar” layihəsini növbəti tədbiri xanəndə Seyid Mirbabayevin xatirəsinə həsr olunacaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində reallaşdırdığı layihələrdən biri də “Unudulmayanlar” adlanır.

Bu barədə AZƏRTAC-a Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azəri məlumat verib.

Bildirib ki, “Unudulmayanlar” layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli mədəniyyət xadimlərinin bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir. Layihənin açılışı ötən il martın 5-də baş tutub və Azərbaycanın dahi bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin 100 illiyinə həsr olunub. Daha sonrakı buraxılışlarda xanəndə, Xalq artistləri, unudulmaz ifaçılar, Həqiqət Rzayeva, Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbül və digər sənətkarlara həsr edilmiş gecələr təşkil edilib. Bu ilin ilk “Unudulmayanlar”ı sentyabrın 24-də təqdim olunacaq. Layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş Seyid Mirbabayevin xatirəsi yad ediləcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları” “Dastan gecələri”, “Aşıq musiqisi” , Etnik musiqi inciləri” kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin, milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasıdır.

Konsertlərə biletləri iTiket.az, “ASAN xidmət” mərkəzləri və şəhərimizin bütün kassalarından əldə edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.