MƏDƏNİYYƏT


Unudulmaz sənətkar Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi, unudulmaz sənətkar Bülbülün 125 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova görkəmli sənətkarın yubileyinin artıq onun vətənində - Şuşada keçirildiyini qeyd edib. Bildirib ki, Bülbülün 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq Müsabiqəsinin yekun konserti iyunun 22-də Bülbülün doğulduğu evin həyətində keçirilib.

Həmçinin bildirib ki, Şuşada sonuncu dəfə Sənətkarın 90 illik yubileyi 1987-ci ildə qeyd olunub.

Tədbirdə Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Atəş Qarayev, 2017-ci il Muğam Müsabiqəsinin laureatı Mirəli Sarızadə, Opera və Balet Teatrının solisti Fəhmin Əhmədli, AMK nəzdində Respublika İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Fateh İsgəndər çıxış ediblər. Bəstəkar, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov, Əməkdar incəsənət xadimi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Zemfira Qafarova, Xalq artisti Əflatun Nemətzadə, Bülbülün həyat və yaradıcılığı haqqında öz xatirələrini bölüşüblər.

Tədbir zamanı Bülbülün ifasında əsərlər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.