CƏMİYYƏT


Ünvanlı sosial yardım alanların sayı 84 mini keçib

Bakı, 24 iyun, AZƏRTAC

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsi getdikcə genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq, 84 min 100-ə çatıb. Həmin ailələrdə, ümumilikdə, 350 mindən çox ailə üzvü var.

Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.

Yeni qərarla sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də həmin yardımın verilməsi müddəti uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.