İQTİSADİYYAT


“Ural Hava Yolları” Bakıya üç şəhərdən birbaşa müntəzəm uçuşlara başlayır

“Ural Hava Yolları” Bakıya üç şəhərdən birbaşa müntəzəm uçuşlara başlayır

Moskva, 14 dekabr, AZƏRTAC

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Jukovski (Moskva vilayəti), Kaluqa və İrkutsk şəhərlərinin hava limanlarından Azərbaycanın paytaxtına müntəzəm birbaşa reyslərin yerinə yetirilməsinə başlayır.

AZƏRTAC aviadaşıyıcının mətbuat xidmətinə istinadla xəbər verir ki, Moskva-Jukovski-Bakı-Jukovski aviareysi dekabrın 18-dən cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Təyyarə Jukovskidən saat 13:00-da, Bakıdan isə 18:10–da qalxacaq. Uçuş vaxtı 3 saat 10 dəqiqədir. İrkutsk - Bakı-İrkutsk reysi dekabrın 26-dan bazar günləri yerinə yetiriləcək. İrkutskdan yola düşmə 6:00-da, Bakıdan yola düşmə isə 09:25-də həyata keçiriləcək. Uçuş vaxtı 5 saat 50 dəqiqədir. Kaluqa-Bakı-Kaluqa marşrutu üzrə uçuşlar gələn ilin yanvarın 1-dən başlayacaq və şənbə günləri olacaq. Kaluqadan yola düşmə 9:25-də, Bakıdan yola düşmə isə 14:30-da nəzərdə tutulub. Uçuş vaxtı 3 saat 5 dəqiqədir.

Biletlərin satışı “uralairlines.ru” saytında, “UralAirlines” mobil proqramında, aviabilet kassalarında və aviaşirkətin 8-800-7700-262 nömrəsi vasitəsilə həyata keçirilir.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.