İQTİSADİYYAT


“Ural Hava Yolları” Samaradan Bakıya aviareyslərə başlayır

Moskva, 13 mart, AZƏRTAC

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti aprelin 5-dən Samara-Bakı-Samara marşrutu ilə uçuşlara başlayır.

AZƏRTAC aviaşirkətə istinadla xəbər verir ki, uçuşlar “Airbus А320” təyyarələri ilə həyata keçiriləcək. Bir istiqamət üzrə aviabiletin qiyməti isə 97 avrodur.

Hazırda aviaşirkət Yekaterinburqdan Bakıya və Moskvadan Lənkərana uçuşlar həyata keçirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.