İQTİSADİYYAT


“Ural Hava Yolları”na məxsus təyyarə Bakıda məcburi eniş edib

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus “AirbusA321” təyyarəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hava gəmisinin qəza enişinə səbəb təyyarə kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub.

Hava gəmisi komandiri sərnişinlərin təcili təxliyəsi barədə qərar qəbul edib.

Məlumatlar yeniləndikcə əlavələr ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.