CƏMİYYƏT


“Ural Hava Yolları”na məxsus təyyarə sabah Bakıdan Moskvaya yola düşəcək

Bakı, 11 mart, AZƏRTAC

Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enən “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-si səhər saatlarında yola düşəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bəhreyn-Moskva reysinin sərnişinləri oteldə yerləşdiriləcək.

Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən “Ural Hava Yolları” aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.

Xatırladaq ki, Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi Bakı vaxtı ilə saat 14:56 dəqiqədə Heydər Əliyev Beynəlxalq Aeroportuna müvəffəqiyyətlə enib. Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.

Təyyarədə, ekipaj üzvləri daxil olmaqla, 225 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.