CƏMİYYƏT


“Ural hava yolları” şirkəti bort jurnalının redaksiyası Azərbaycandan üzr istəyib

Moskva, 18 iyun, AZƏRTAC

Rusiyanın “Ural hava yolları” aviaşirkəti bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.

AZƏRTAC xəbər verir ki, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzr istəyib. Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, həmçinin jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.

Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, həmçinin işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan yerləşdirilmişdi.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.