İQTİSADİYYAT


“Uralskiye avialinii” Soçi–Bakı marşrutu ilə uçuşlara başlayacaq

Moskva, 2 oktyabr, AZƏRTAC

Rusiyanın “Uralskiye avialinii” (“Ural hava yolları”) aviaşirkəti noyabrın 3-dən Soçi – Bakı – Soçi marşrutu ilə uçuşları başlayacaq.

Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, birbaşa reyslər hər həftənin şənbə günü müasir və rahat “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

Bir istiqamətdə minimal tarif (bütün yığımlar nəzərə alınmaqla) 8.154 rubldan başlanır. “Ural hava yolları”nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir: “Ailənin bütün üzvləri Azərbaycan paytaxtında ürəyincə istirahət edə biləcəklər. “Alov qüllələri”nə tamaşa edin, Heydər Əliyev Mərkəzinə, Xalça Muzeyinə baş çəkin və ya “Qız qalası”nın sirrini öyrənməyə çalışın. Yerli sakinlər arasında “badımcan” deyilən taksi maşınlarına – tünd bənövşəyi rəngdə klassik Britaniya "keb"lərinə minib Bakının görməli yerlərini seyr etmək çox maraqlı olacaq.

Aviaşirkətdə qeyd ediblər ki, Soçidən uçuşlar aviaşirkətin marşrut şəbəkəsinin mühüm hissəsidir. Hər il yeni daxili və beynəlxalq reyslər açılır. Son bir ildə aviaşirkətin cədvəlinə Təl-Əviv, Tbilisi, Krasnoyarsk və Moskvaya reyslər əlavə olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.