İQTİSADİYYAT


“Uralskiye avialinii” aviaşirkəti Nijnevartovsk-Gəncə reysi açır

Bakı, 5 oktyabr, AZƏRTAC

Rusiyanın “Uralskiye avialinii” aviaşirkəti Nijnevartovsk-Gəncə-Nijnevartovsk reysi açır.

AZƏRTAC aviaşirkətin saytına istinadla xəbər verir ki, yeni Nijnevartovsk-Gəncə-Nijnevartovsk marşrutu üzrə uçuş hər həftənin çərşənbə axşamı günləri yerinə yetiriləcək. Uçuşlar oktyabrın 30-dan başlanacaq.

Nijnevartovskdan saat 09:35-də yola düşəcək U6-2501 reysi saat 13:10-da yerli vaxtla Gəncədə enəcək. Uçuş müddəti 4 saat 35 dəqiqədir. Gəncədən saat 15:00-da yola düşəcək U6-2502 reysi isə yerli vaxtla saat 20:10-da Nijnevartovskda enəcək. Uçuş müddəti 4 saat 10 dəqiqədir.

Yeni xəttə “Ekonom”, “Biznes” salonları olan müasir və rahat “Airbus-A320” təyyarələri xidmət edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.